Rusiyanın cənubunda Ukrayna ilə sərhədə yaxın ərazidə sursat anbarı yanıb.
Modern.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
O, sursatların yanmasına səbəb kimi havanın temperaturunun yüksək olmasını göstərib.
Qladkov qeyd edib ki, sursatlar öz-özünə yanıb, bundan sonra Timonovo kəndi yaxınlığındakı insanlar təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, bu, bir həftə ərzində ikinci belə hadisədir. Keçən həftə Ukraynadan 15 km məsafədə yerləşən Timonovo və Soloti kəndləri yaxınlığında silah-sursat anbarı yanıb.
Akif İsmayılov