Son günlər Pakistanda müşahidə olunan daşqınlar ölkə iqtisadiyyatına 10 milyard dollar ziyan vurub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin planlaşdırma naziri Əhsan İqbal "Reuters" agentliyinə müsahibəsində bildirib.
"Düşünürəm ki, ziyan çox böyük olacaq. Hələlik, ilkin hesablamalara görə, 10 milyard dollardan yüksəkdir", - nazir deyib. O, həmçinin kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşəcək ölkənin yenidən qurulması və reabilitasiyasının minimum beş il çəkə biləcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, pambıq sahələrinin 45%-i sıradan çıxıb, həmçinin tərəvəz, meyvə və çəltik sahələrinə də böyük ziyan dəyib.
Qeyd edək ki, Pakistanda musson yağışları nəticəsində 1000-dən çox insan həlak olub.
Akif İsmayılov