Modern.az

ABŞ bu ölkəyə1,1 milyardlıq silah satacaq

ABŞ bu ölkəyə1,1 milyardlıq silah satacaq

Dünya

30 Avqust 2022, 22:58

ABŞ Tayvana 1,1 milyard dollar dəyərində silah satmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

 

Bayden administrasiyası Konqresə satışla bağlı təklif göndərməyi nəzərdə keçirir. Paketə 355 milyon dollara 60 ədəd AGM-84L raketi və 85,6 milyon dollara 100 ədəd AIM-9X taktiki raketləri daxildir.

 

Nəşr yazır ki, təklif Konqresdə davam edən fasilə səbəbindən gecikmə ilə təsdiqlənəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi