Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb.
"Onun ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmasına və Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya əməli yardım göstərəcəyinə güvənirəm", - deyə Zelenski qeyd edib.