Modern.az

Putin kraliçanın ailəsinə başsağlığı verdi

Putin kraliçanın ailəsinə başsağlığı verdi

Dünya

8 Sentyabr 2022, 23:51

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Britaniyanın yeni kralı III Çarlza ünvanlanan başsağlığı məktubunda Putin kraliçanın ölümünü əvəzedilməz itki adlandırıb.

 

"Sizdən kral ailəsinin üzvlərinə və Böyük Britaniya xalqına səmimi başsağlığı və dəstək sözlərini çatdırmağınızı xahiş edirəm”, - Putinin məktubunda deyilir.

 

Xatırladaq ki, II Elizabet bu gün 96 yaşında vəfat edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi