Modern.az

Versal sarayı və Luvr qaranlığa qərq olacaq

Versal sarayı və Luvr qaranlığa qərq olacaq

Dünya

19 Sentyabr 2022, 00:24

Fransa hökumətinin qış ərəfəsində elektrik enerjisinə qənaət etmək üçün gördüyü tədbirlər çərçivəsində Versal sarayının və Luvr muzeyinin işıqları axşam saatlarında söndürüləcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Rima Abdul-Malak məlumat verib.

 

Onun sözlərinə görə, bu, simvolik addımdır və əhali üçün nümunə olacaq.

 

Nazir əlavə edib ki, Fransanın bütün mədəniyyət mərkəzlərində elektrik enerjisinə qənaət etmək üçün addımlar atılacaq, müasir istilik sistemləri quraşdırılacaq.

 

Bundan əvvəl Parisin meri Ann Hidalqo enerjiyə qənaət planını təqdim edib. Bu plana əsasən sentyabrın 23-dən muzey binaları daha az işıqlandırılacaq.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi