Modern.az

II Elizabetin tabutu Vindzor qalasına aparılır

II Elizabetin tabutu Vindzor qalasına aparılır

Dünya

19 Sentyabr 2022, 18:00

Böyük Britaniya Kraliçası II Elizabetin tabutu Vestminster Abbatlığından çıxarılaraq Vindzor qalasına aparılır.

 

Modern.az xəbər verir ki, Abbatlıqda keçirilən mərasimdən sonra Londonun mərkəzindəki Big Ben saat qülləsinin zəngləri çalınıb, Hayd Parkda Kral Atlı Artilleriyasından artilleriya atəşi açılıb.

 

Sonra Kraliça II Elizabetin tabutu Vindzor qalasına son səfərə yola salınıb. O, yerli vaxtla saat 19:30-da dəfn olunacaq.

 

Vestminster Abbatlığında keçirilən mərasimdə Danimarka Kraliçası II Marqaret, Butan Kralı və Kraliçası, Yaponiya İmperatoru və İmperatriçəsı, Belçika Kralı Filip və Kraliça Mathilde, Hollandiya Kralı Villem-Aleksandr və Kraliça Maksima, İspaniya Kralı Felipe və Kraliça Letizia, İordaniya Kralı II Abdullah və xanımı Raniya, ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden, Fransa Prezidenti Emanuel Makron və həyat yoldaşı, İsrail Prezidenti İshaq Hersoq və Braziliya lideri Bolsonaro iştirak ediblər.

 

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabetlə ictimaiyyət sentyabrın 14-dən 18-ə kimi Londondakı Vestminster sarayında vidalaşib.

 

O, Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi