Modern.az

Ukraynada enerji infrastrukturunun 40 faizi zədələnib

Ukraynada enerji infrastrukturunun 40 faizi zədələnib

21 Oktyabr 2022, 19:36

Rusiya Federasiyası Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukraynada enerji infrastrukturunun 30-40 faizi zədələnib. 

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters”ə Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

 

Onun sözlərinə görə, bütün zədələnmiş stansiyalar öz işini dayandırmasa da, zərbələr istehsal gücünün ən azı yarısına təsir edib. Nazir vurulan zərəri bir neçə milyard dollar qiymətləndirib.

 

Qluşçenko elektrik enerjisinin idxalını enerji sektorundakı problemin həlli yollarından biri hesab edir. O qeyd edib ki, artıq potensial təchizatçılarla danışıqlar aparılır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI