Modern.az

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizilə daşınan yüklərin HƏCMİ

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizilə daşınan yüklərin HƏCMİ

14 Noyabr 2022, 13:16

2022-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37829,6 min ton, yük dövriyyəsi isə 9435,5 milyon ton-km olub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4 faiz və 31,5 faiz artım müşahidə olunub.

 

Yüklərin 20376,1 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 12435,7 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 5017,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

 

Rəsmi məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 faizini və ya 10352,5 min tonunu tranzit yüklər təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi