Modern.az

ABŞ Saakaşviliyə görə Gürcüstana çağırış etdi

ABŞ Saakaşviliyə görə Gürcüstana çağırış etdi

21 Dekabr 2022, 09:08

ABŞ administrasiyası Gürcüstan hakimiyyətini həbsdə olan keçmiş prezident Mixeil Saakaşviliyə bütün lazımi tibbi və psixoloji yardım göstərməyə çağırır.

 

Modern.az xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

 

“Cənab Saakaşviliyə ədalətli davranmaq, o cümlədən dövlət müdafiəçisinə (keçmiş prezident) müstəqil tibbi ekspertlər tərəfindən tövsiyə olunan bütün zəruri tibbi və psixoloji yardımı göstərmək Gürcüstan hökumətinin məsuliyyətidir. Gürcüstan rəsmiləri onun hüquqlarının müdafiə olunmasını, ona lazım olan bütün yardımları almasını təmin etməlidirlər”, - ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər