Modern.az

"Sübut edə bilməsən, istefa ver" - İmamoğlu Soyluya səsləndi

Dünya

28 Dekabr 2022, 17:07

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Ekrem İmamoğlu və ölkənin daxili işlər naziri Süleyman Soylu arasında növbəti qalmaqal yaşanıb.

 

Modern.az xəbər verir ki, İmamoğlu bu barədə tviter səhifəsində yazıb.

 

"Nazir Soylu ona zəng etdiyimi və kömək istədiyimi açıqlayıb. Bu, quyruqlu yalandır. Kəşfiyyat məlumatları səndə, telefonları dinləmək səndə, bütün informasiyalara çatımlılığın var. Bunu isbat edə bilsən, mən, edə bilməsən, sən istefa verməlisən. Meydan sənindir", - deyə İmamoğlu yazıb.

 

Qeyd edək ki, Əkrəm İmamoğlu haqqında Ali Seçki Komissiyasının üzvlərini təhqir etmək iddiası ilə (iddiaya görə, İmamoğlu onları “axmaq” adlandırıb) qaldırılan cinayət işi üzrə bir müddət əvvəl keçirilən məhkəmə prosesində 2 il 7 ay 15 gün həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi barədə qərar çıxarılıb. Yüksək instansiya məhkəməsinin təsdiqindən sonra qərarın icrası gözlənilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər