Modern.az

Papanın ölümünə görə matəm elan olundu

Papanın ölümünə görə matəm elan olundu

Dünya

5 Yanvar 2023, 12:48

Sabiq Roma Papası XVI Benediktin ölümü ilə bağlı Kubada matəm elan olunub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Qranma" qəzeti məlumat yayıb.

 

Bildirilib ki, matəm bir gün davam edəcək. Bununla əlaqədar olaraq dövlət idarələrində bayraqlar yarıya qədər endirilib.

 

XVI Benedikt 2012-ci ildə bu ölkəyə səfər edib.

 

Qeyd edək ki, bu gün Vatikanda dəfn mərasimi keçirilən XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə təqaüdə çıxan ilk papa vəzifəsini icra edən din xadimi olub və son on ildə monastırda yaşayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər