Modern.az

Naftalanda 20 Yanvar qurbanları anılıb - FOTOLAR

Naftalanda 20 Yanvar qurbanları anılıb - FOTOLAR

Qərbi Azərbaycan

19 Yanvar 2023, 16:40

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrdə, ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı silsilə anım tədbirləri davam etdirilir.

 

YAP Naftalan şəhər təşkilatında, Naftalan şəhər Heydər Əliyev Mərkəzində, GİKM-nin Naftalan Nümayəndəliyində, Naftalan şəhər Gənclər və İdman idarəsində, V.Namazov adına Körpələr evi – Uşaq bağçasında, şəhərdə fəaliyyət göstərən tam orta məktəblərdə 20 yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”  mövzusunda silsilə tədbirlər keçirilib. 

 

Keçirilən tədbirlər zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb. Qeyd edilib ki, 20 yanvarda sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günləri unutmur. Bu faciə ölkəmizin müstəqillik yolunun başlanğıcı, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, milli iradəmizin zəfər çaldığı gündür. Vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşüb. Anım tədbirlərində məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib, şeir və kompozisiyalar dinlənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı