Modern.az

Rusiyanın raket zərbələri Zaporojyedə 3 nəfərin həyatına son qoydu - FOTO

Rusiyanın raket zərbələri Zaporojyedə 3 nəfərin həyatına son qoydu - FOTO

Dünya

26 Yanvar 2023, 15:22

Rusiya tərəfindən Ukraynanın Zaporojye vilayətindəki energetika obyektlərinə zərbə endirməsi insan ölümünə yol açıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, enerji infrastrukturuna fasilələrlə 2 raket zərbəsi endirilib və yanğın başlayıb.

 

Nəticədə 3 nəfər həyatını itirib, daha 7 nəfər isə yaralanıb.

 

Qeyd edək ki, bu gün Rusiya qüvvələri Ukraynanın müxtəlif regionlarına raket atıb. Paytaxt Kiyevdə də bu səbəbdən 1 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi