Modern.az

Zəlzələnin 296-cı saatında möcüzə: 3 nəfər xilas edildi - VİDEO

Zəlzələnin 296-cı saatında möcüzə: 3 nəfər xilas edildi - VİDEO

18 Fevral 2023, 12:53

Türkiyədə baş verən zəlzələdən 296 saat sonra 3 nəfər xilas edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Biri azyaşlı olmaqla üç nəfərin Hatay bölgəsində dağıntılar altından sağ çıxarıldığı bildirilir.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

 

Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.

 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...