Modern.az

“Forma-88” ödənişli deyil - Komitə sədri TƏBİB rəhbərindən soruşub

“Forma-88” ödənişli deyil - Komitə sədri TƏBİB rəhbərindən soruşub

24 Fevral 2023, 16:06

Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında “Forma-88” göndərişinin ödənişli olması məsələsinə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, deputat göndərişin ödənişsiz olduğunu bildirib.

 

Onun sözlərinə görə, “Forma-88” göndərişinin ödənişli olması məsələsi düzgün deyil: "Mən fasilədə TƏBİB-in rəhbərliyi ilə əlaqə saxlamışam, onlar da ödənişin olmadığını bildiriblər. Belə bir qanunvericilik tələbi yoxdur. Onu da qeyd edim ki, “Forma-88” göndərişini ödənişli edənlər qanunu pozurlar və cəzalarını almalıdırlar” .

 

Qeyd edək ki, “Forma-88” göndərişlərinin ödənişli olması barədə xəbərlər yayılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi