Modern.az

Zəlzələ Ukraynanı da SİLKƏLƏDİ

Zəlzələ Ukraynanı da SİLKƏLƏDİ

27 Fevral 2023, 11:24

Ukraynada zəlzələ olub.

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, təbiət hadisəsi ölkənin Zakarpatye bölgəsində baş verib.

 

Bildirilib ki, episentr Mukaçevo yaşayış məntəqəsindən 19 kilometr qərbdə, Bolşaya Dobron kəndi yaxınlığında yerləşib.

 

Ocağı yerin 2 kilometr dərinliyində yerləşən zəlzələ Rixter şkalası ilə 3.3 bal gücündə olub. İtki və dağıntı barədə məlumat verilməsə də, ocağın yerə yaxın yerləşməsi nəticəsində azballı olmasına baxmayaraq, zəlzələ kifayət qədər güclü hiss olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu