Modern.az

Emin Əmrullayevdən 8 Mart açıqlaması: Şikayət edin 

Emin Əmrullayevdən 8 Mart açıqlaması: Şikayət edin 

Təhsil

27 Fevral 2023, 15:56

Bəzən valideynlər 8 Mart üçün pul yığmağa məcbur edilir.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

 

"Belə olduqda valideynlər nazirliyə şikayət etsin. Bundan sonra biz hərəkətə keçə bilərik. Müəllimləri təbrik etmək olar. Ancaq bahalı hədiyyələr verilməsi pedaqoji fəaliyyətə uyğun deyil. Valideynlər daha çox bu işə təşkilatçılıq edir. Biz valideynlərə qarışa bilmərik, məsləhət görə bilərik ki, bundan imtina etsinlər. Bundan utanmasınlar", - deyə nazir 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəblərdə pul yığılması barədə iddialara münasibət bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır