Modern.az

Qəzaya düşən baş məşqçinin vəziyyəti necədir? - AÇIQLAMA

Qəzaya düşən baş məşqçinin vəziyyəti necədir? - AÇIQLAMA

7 Mart 2023, 14:56

Xəbər verdiyimiz kimi, bu gün “Mingəçevir” futbol komandası I divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda qəzaya uğrayıb. Hadisə Şamaxı-İsmayıllı yolunda baş verib.

 

Qəza nəticəsində komandanın baş məşqçisi Zaur Qarayev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtobusda 20 futbolçu olub, onların sağlıq durumunda problem olmadığı bildirilir.

 

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Qasımov Modern.az-a açıqlamasında bildirib ki, hazırda komanda Mingəçevirə qayıdır. Onun sözlərinə görə, Zaur Qarayevin həyati təhlükəsi yoxdur.

 

"Baş məşqçinin vəziyyəti yaxşıdır. Komandamız Mingəçevirə qayıdır. Futbolçular arasında xəsarət alan olmayıb. Məndə olan məlumata görə, Zaur Qarayevin ciddi xəsarəti yoxdur", - deyə klub rəsmisi vurğulayıb.

Bu xəbər ilə bağlı
Şamaxıda 20 futbolçu qəzaya düşdü - YENİLƏNİB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa etdi