Modern.az

Şamaxıda 20 futbolçu qəzaya düşdü - YENİLƏNİB

Şamaxıda 20 futbolçu qəzaya düşdü - YENİLƏNİB

Hadisə

7 Mart 2023, 14:16

“Mingəçevir” futbol komandasını daşıyan avtobusun qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.

 

Klubun mətbuat katibi Elnur Qasımov Modern.az-a bildirib ki, hadisə Şamaxı-İsmayıllı yolunda baş verib.

 

Onun sözlərinə görə, qəzaya düşən avtobusda klubun 20 futbolçusu olub. Hadisə zamanı xəsarət alan baş məşqçi Zaur Qarayav xəstəxanaya yerləşdirilib.

 

Klub rəsmisi qeyd edib ki, futbolçuların vəziyyəti qaydasındadır. Hazırda qəza ilə bağlı araşdırma aparılır.

 

***

13:59

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Modern.az xəbər verir ki, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Məlumata görə, fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür