Modern.az

ABŞ START-a qayıtmağımızı istəyirsə... - Rusiya XİN

ABŞ START-a qayıtmağımızı istəyirsə... - Rusiya XİN

Dünya

17 Mart 2023, 10:46

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırması ilə bağlı bəyanatını şərh edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, XİN-in açıqlamasında rəsmi Vaşinqtonun bəyanatı saxta adlandırılıb.

 

O da əlavə edilib ki, ABŞ Yeni START-ı bərpa etməkdə maraqlıdırsa və Moskvanın iştiraka qayıtmasını istəyirsə, Rusiya Federasiyasını strateji məğlubiyyətə uğratmaqla bağlı “boş fantaziyalardan” əl çəkməlidir.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına müraciəti zamanı ölkəsinin Yeni START-dan çıxdığını elan etmişdi.

Bu xəbər ilə bağlı
Putinin “stop” qoyduğu START nədir… - ARAŞDIRMA
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu