Modern.az

Türkiyədə izdihamlı mitinq keçirilir - FOTO

Türkiyədə izdihamlı mitinq keçirilir - FOTO

15 İyun 2013, 20:54


Türkiyədə AKP tərəfdarlarının bu günə planlaşdırılan "Milli iradəyə sayğı" mitinqi artıq başlayıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mitinq AKP-nin Ankara şöbəsinin təşkilatçılığı ilə Sincanda keçirilir.  

"Böyük oyunu pozmağa, tarix yazmağa" şüarı ilə keçirilən mitinqdə yüz minlərlə iqtidar tərəfdarı insan iştirak edir.

Mitinqlə bağlı polis güclü mühafizə sistemi yaradıb, 1 helikopter havadan müşahidələr aparır. Hətta, binaların damlarında polislərin olması da diqqətdən yayınmayıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan və hakimiyyət təmsilçiləri də AKP-nin mitinqinə qatılıb.Hazırda Ərdoğan tərəfdarları qarşısına çıxış  edir.

Modern.az  
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI