Modern.az

Əslində iki namizəd var... - Ali Babacan

Əslində iki namizəd var... - Ali Babacan

16 Aprel 2023, 17:08

Türkiyədə müxalifətin "Millət İttifaqı"nın üzvü olan DEVA Partiyasının sədri, sabiq XİN başçısı Ali Babacan 14 mayda keçiriləcək prezident seçkilərindən danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seçkilərdə əslində 2 namizədin mübarizə aparacağını bildirib.

 

"2 namizəd var: Cənab Kılıçdaroğlu və cənab Ərdoğan. Digər namizədləri ağlından keçirən vətəndaşlarımız verdikləri səsin sonda kimə yarayacağını yaxşı fikirləşməlidirlər", - o qeyd edib.

 

Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI