Modern.az

Riyazi baxımdan bülleten belədir - Demirtaşdan qəribə paylaşım

Riyazi baxımdan bülleten belədir - Demirtaşdan qəribə paylaşım

18 Aprel 2023, 09:08

Türkiyədə müxalifətdəki Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan sabiq həmsədri Selahattin Demirtaşın tviter səhifəsində seçkilərlə bağlı paylaşım edilib.

 

Modern.az xəbər verir ki, paylaşımda seçki bülleteninin dəyişdirilmiş fotosu yer alıb.

 

Belə ki, prezidentliyə namizədlər Muharrem İnce və Sinan Oğanın əvəzinə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qrafası verilib.

 

"Riyazi baxımdan prezident seçkilərində bülleten əslində belədir. Lütfən səsini boşa vermə, çünki dəyişikliyin açarı səndədir", - deyə bildirilib.

 

Qeyd edək ki, oxşar açıqlamanı dünən "Millət İttifaqı"na daxil olan DEVA Partiyasının sədri, keçmiş XİN başçısı Ali Babacan da vermişdi.

 

Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Bu xəbər ilə bağlı
Əslində iki namizəd var... - Ali Babacan
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi