Modern.az

Afrikalılar Kılıçdaroğlunun şəklini öpüb rəqs etdilər - VİDEO

Afrikalılar Kılıçdaroğlunun şəklini öpüb rəqs etdilər - VİDEO

28 Aprel 2023, 11:18

Sosial şəbəkələrin Türkiyə seqmentində bir neçə afrikalı gənc oğlanın Türkiyədə müxalifətdəki "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunu dəstək məqsədilə performansının görüntüləri yayılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, viral olan görüntülərdə gənclərin əlində Kılıçdaroğlunun fotosunu tutaraq rəqs etməsi, öpməsi, onun seçki şüarlarını səsləndirməsi əks olunub.

 

Məlumatlara görə, yaradıcılıq qrupu kimi fəaliyyət göstərən bu gənclər ödəniş qarşılığında bu cür müxtəlif performans sifarişlərini yerinə yetirirlər.

 

Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi