Modern.az

İnce dəstək üçün parlament sədrliyini istəyib - Hikmet Çetin

İnce dəstək üçün parlament sədrliyini istəyib - Hikmet Çetin

Dünya

5 May 2023, 16:18

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, keçmiş XİN başçısı və baş nazirin müavini, NATO-nun Əfqanıstandakı eks-nümayəndəsi, Cümhuriyyət Xalq Partiyasının sədri olmuş Hikmet Çetin mayın 14-də keçiriləcək prezident seçkilərində namizəd olacaq, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce ilə keçirilən görüşlərlə bağlı açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, Çetin "Sözcü" müsahibəsində bu barədə danışıb.

 

O bildirib ki, görüş zamanı seçkinin ikinci tura qalmamalı olduğu və ilk turda müxalifətin qələbəsinin vacibliyi qarşı tərəfin diqqətinə çatdırılsa da, İnce bunu CHP-nin düşünməli olduğunu deyərək uzlaşmadan imtina edib. 

 

"Sonra anladım ki, CHP-dən dəvət gözləyir, fikrini belə qəbul etdim. Mötəbər mənbədən öyrəndiyim məlumata görə, vasitəçilərlə bəzi təkliflər olub. Məsələn, parlament sədrliyi tələb olunub. "Yox" deyilməyib, amma ittifaqa daxil olan digər partiyalarla da məsləhətləşilməli olduğu bildirilib. Görünür, sonradan başqa tələblər də olub deyə uzlaşmaya varmaq mümkün olmayıb", - deyə Çetin əlavə edib.

 

Bir müddət əvvəl İnce müsahibəsində Kılıçdaroğlunu dəstəkləmək üçün heç bir vəzifə istəmədiyini vurğulamışdı: "Mən nazirlik, vitse-prezidentlik və ya başqa bir vəzifə istəmirəm. Amma Kılıçdaroğlunu dəstəkləmək üçün şərtim var. DEVA Partiyasının sədri Ali Babacanı və Gələcək Partiyasının sədri Ahmet Davutoğlunu uzaqlaşdırsın, mən də ona dəstək verim".

 

Qeyd edək ki, müxalifət tez-tez Muharrem İnceni səsləri böldüyü üçün tənqid edir və namizədliyini geri götürərək "Millət İttifaqı"nın vahid namizədi, əvvəllər üzvü olduğu CHP-nin sədri Kemal Kılıçdaroğlunu dəstəkləməyə çağırır.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Bu xəbər ilə bağlı
Kılıçdaroğlunu bir halda dəstəkləyərəm - Muharrem İnce
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi