Modern.az

“Nemezis” məsələsi danışıqlar yolu ilə həll edilməlidir - Erməni deputat

“Nemezis” məsələsi danışıqlar yolu ilə həll edilməlidir - Erməni deputat

10 May 2023, 12:06

"Nemezis" abidəsinin açılması çətinliklər yaratdı, lakin məsələ danışıqlar yolu ilə həll edilməlidir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının üzvü, deputat Babken Tunyan deyib.

 

QDİƏT PA-nın Ankara sammitində iştirak edən Tunyanın sözlərinə görə, iclas zamanı Türkiyə tərəfi abidənin sökülməsini tələb etməyib. 

 

"Abidə məsələsi yalnız spiker Alen Simonyanla türkiyəli həmkarı Mustafa Şentopun görüşündə müzakirə olunub", - o qeyd edib.

 

Abidə aprelin 23-də paytaxtda ucaldılıb. Bundan sonra Türkiyə öz hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. Daha sonra Türkiyənin xarici işlər naziri Çavuşoğlu açıq şəkildə abidənin sökülməsini tələb edib.

 

Türkiyə və Azərbaycan XİN abidənin ucaldılmasını pisləyib.

 

Abidənin həsr olunduğu "Nemezis" əməliyyatı barədə ətraflı buradan oxumaq olar.

Bu xəbər ilə bağlı
İrəvanda “xatirəsinə” abidə qoyulan “Nemezis” əməliyyatı - ARAŞDIRMA
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi