Modern.az

Kılıçdaroğlu Qərbi seçdi

Kılıçdaroğlu Qərbi seçdi

10 May 2023, 12:48

Türkiyədə əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu seçiləcəyi təqdirdə xarici siyasət kursu barədə danışıb.

 

Modern.az xəbər verir ki, Kılıçdaroğlu "Deutsche Welle"nin türk xidmətinə müsahibəsində bu mövzuya toxunub.

 

"Türkiyənin xarici siyasətini 180 dərəcə dəyişdirəcəyik. Bizim istiqamətimiz Qərb sivilizasiyası olacaq", - deyə o bildirib.

 

CHP sədri bundan əvvəl BBC-yə müsahibəsində də oxşar fikirlər səsləndirmişdi: "Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik. Kremllə yox, Qərblə münasibətləri prioritet halına gətirəcəyik. Sivil dünyanın bir parçası olmaq istəyirik".

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

 

Namizədlərin xarici siyasət prioritetləri barədə araşdırmanı buradan oxumaq mümkündür.

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin xarici siyasət prioritetləri - ARAŞDIRMA
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi