Modern.az

Seçki günü 321 insident qeydə alınıb - RƏSMİ

Seçki günü 321 insident qeydə alınıb - RƏSMİ

Dünya

16 May 2023, 12:42

Türkiyədə 14 mayda - seçki günü qeydə alınan insidentlərin sayı açıqlanıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİM) məlumat yayıb.

 

Bildirilib ki, seçki günü 321 insident baş verib. Həmçinin vurğulanıb ki, Türkiyədəki seçkilər ümumilikdə sakit ab-havada baş tutub.

 

Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR FOTOLAR
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi