Modern.az

İkinci turda Kılıçdaroğlunun kampaniyasına onlar rəhbərlik edəcək

İkinci turda Kılıçdaroğlunun kampaniyasına onlar rəhbərlik edəcək

Dünya

16 May 2023, 14:24

Türkiyədə 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıq işləri gedir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun bu tur üzrə seçki kampaniyası ilə bağlı vacib detal məlum olub.

 

Belə ki, seçki kampaniyasını İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu və CHP-nin İstanbul vilayət təşkilatının rəhbəri Canan Kaftancıoğlu idarə edəcək.

 

Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi