Modern.az

Azərbaycan üçün əlimizdən gələni edəcəyik - Ərəb Parlamentinin sədri

Azərbaycan üçün əlimizdən gələni edəcəyik - Ərəb Parlamentinin sədri

16 May 2023, 14:40

Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq.

 

Modern.az xəbər verir ki, bunu Ərəb Parlamentinin sədri Adel Bin Abdul Rahman Əl-Asumi Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

 

“Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yer tutub. Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izləri tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək. Heydər Əliyev də tarixdə, xalqının yaddaşında daim qalacaq. Azərbaycan ilə ərəb dövlətləri arasında möhkəm münasibətlər bundan sonra da davam edəcək”, - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...