Modern.az

Türkiyədə yeni seçilən deputatların 20 faizi qadındır

Türkiyədə yeni seçilən deputatların 20 faizi qadındır

Dünya

16 May 2023, 15:08

Türkiyədə 14 mayda keçirilmiş seçkilər nəticəsində 28-ci çağırış parlamentin tərkibində 121 qadın deputat mandatı qazanıb.

 

Modern.az xəbər verir ki, bununla da parlamentdə qadın deputatların nisbəti 1/5 təşkil edib.

 

Cümhuriyyət tarixində qadın deputatların qanunverici orqanda təmsil olunması 28-ci çağırışda ən yüksək səviyyəyə çatıb. Qeyri-müəyyən nəticələrə görə, parlamentə daxil olan 600 deputatdan 121-i qadındır.

 

Parlamentin ən gənc üzvləri də qadınlardan ibarətdir. Belə ki, AKP-nin Ankaradan seçilmiş namizədi Zehranur Aydemirin 25, İstanbulu təmsil edən Rümeysa Kadakın isə 27 yaşı var.

 

Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

Bu xəbər ilə bağlı
“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi