Modern.az

Türkiyə seçkiləri: Prezidentliyə namizədlər ən çox səsi harada toplayıb? - FOTO

Türkiyə seçkiləri: Prezidentliyə namizədlər ən çox səsi harada toplayıb? - FOTO

Dünya

17 May 2023, 17:23

Türkiyədə prezidentliyə namizədlərin hansı vilayətlərdə ən çox səs topladığı məlum olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cümhur İttifaqı"nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan ən çox səsi Bayburt vilayətindən alıb. O, Bayburtda 78.86 faiz səs toplayıb.

 

Ərdoğan 2018-ci ildəki prezident seçkilərində də ən çox səsi bu vilayətdə toplamışdı - 82.1 faiz.

 

"Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlu isə doğulduğu Tunceli vilayətində ən çox səsi yığıb. CHP sədrinə Tuncelidə 80.26 faiz seçici səs verib.

 

"ATA İttifaqı"nın namizədi Sinan Oğan da ən çox səsi anadan olduğu vilayətdə toplayıb. O, İğdırda seçicilərin 11.94 faizinin səsini qazanıb. Ümumilikdə İğdırda ən çox səs yığan namizəd isə Kemal Kılıçdaroğlu olub.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

 

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR FOTOLAR
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi