Modern.az

HDP və YSP ikinci turla bağlı qərarını açıqladı - YENİLƏNİB

HDP və YSP ikinci turla bağlı qərarını açıqladı - YENİLƏNİB

25 May 2023, 14:38

Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) və Yaşıl Sol Partiya (YSP) prezident seçkilərinin ikinci turu ilə bağlı mövqelərini açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə keçirilən brifinqdə məlumat verilib.

 

"Dəyişiklik arzusu bizim ən böyük ilham qaynağımızdır. Hamımız səs verməyə gedəcəyik", - deyə bildirilib.

 

Beləliklə, HDP və YSP-nin "Millət İttifaqı"nın namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləmək barədə qərarı qüvvədə qalıb.

 

***

24.05.2023 / 15:42

 

Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) və Yaşıl Sol Partiya (YSP) İdarə Heyətinin toplantısını çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə YSP-nin tviter səhifəsində məlumat verilib.

 

"HDP və YSP İdarə Heyəti olaraq ortaya çıxan son durumu dəyərləndirmək və mövqeyimizi ictimaiyyətə açıqlamaq üçün toplanırıq. Toplantıdan sonra yazılı açıqlama yayacağıq", - deyə bildirilib.

 

Qeyd edək ki, HDP və YSP parlament seçkilərinə "Əmək və Azadlıq İttifaqı" çərçivəsində qatılmışdı. Prezident seçkilərində bu ittifaq "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyib. İkinci turda da onu dəstəkləyəcəyini elan edib.

 

Bu gün Zəfər Partiyasının Kılıçdaroğlunu dəstəkləməsindən sonra bu siyasi qüvvənin tərəflər arasında imzalanan protokoldan narazı qaldığı barədə məlumatlar yayılmışdı.

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir