Oğandan küsməmişəm, amma... - Özdağ

Oğandan küsməmişəm, amma... - Özdağ

25 May 2023, 09:54

Xəbər verdiyimiz kimi, Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ ikinci turda "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğluna, "ATA İttifaqı"nın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdağ uzun illər dost olduğu Oğanla fikir ayrılığı barədə danışıb.

 

"Sinan Oğandan küsməmişəm. Belə şeylər olur. Amma məncə, yanlış seçim etdi", - deyə o bildirib.

 

"ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

 

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Bu video erməniləri dəli etdi -Azərbaycanalı ekspert İrəvandakı evində