Modern.az

Kılıçdaroğlunun qonaq olduğu veriliş rekord qırdı - Çox sakit idi...

Kılıçdaroğlunun qonaq olduğu veriliş rekord qırdı - Çox sakit idi...

25 May 2023, 15:14

Xəbər verdiyimiz kimi, Türkiyədə prezidentliyə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı O.Uğur verilişlə bağlı təəssüratlarını bölüşüb.

 

O qeyd edib ki, veriliş izlənilmə rekordu qırıb. Belə ki, yutubda ilk 1 saat ərzində verilişə 4 milyondan çox istifadəçi baxıb.

 

"Bu vaxta qədər 1 saat ərzində 1.5 milyon baxış sayı ilə rekord Məmləkət Partiyasının sədri cənab Muharrem İnceyə məxsus idi. Dünən Kılıçdaroğlunun qatıldığı proqram 1 saatda 4 milyona çatdı. İndi 20 milyona yaxındır, amma yutub sayımı ilə 11 milyona yaxın. Bu, böyük rekord idi. Kılıçdaroğlu çox sakit idi. Digər qonaqlar təbii ki, çox həyəcanlı idilər. Gözlərində həyəcan görünürdü, amma Kemal bəydə əsəb pozacaq qədər sakitlik vardı.

 

Zalda temperament qalxıb-düşəndə bu, qonaqların bədən dilinə təsir edir, amma Kılıçdaroğlu inanılmaz dərəcədə stabil idi. Möhtəşəm idi. Kılıçdaroğlu sualları sakitcə cavablandırdı. Məsələn, bir çox siyasi partiya nümayəndələri bunu edə bilməmişdi. Dedi ki, mənə çoxlu sual verəcəkləri bəllidir. İnternetdə onun haqqında çoxlu suallar dolaşır. Bunun fərqində idi, komandasını təbrik edirəm, yaxşı oxuyublar. Kemal bəy gündəmdəki mövzulardan xəbərdar idi", - Uğur söyləyib.

 

Qeyd edək ki, Kılıçdaroğlu veriliş zamanı Azərbaycanla bağlı sualı da cavablandırıb.

Bu xəbər ilə bağlı
Kılıçdaroğlu Azərbaycanla bağlı NƏLƏR DEDİ...
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi