Modern.az

Qırğızıstanda ikinci Avropa İttifaqı-Mərkəzi Asiya sammiti keçiriləcək

Qırğızıstanda ikinci Avropa İttifaqı-Mərkəzi Asiya sammiti keçiriləcək

Dünya

30 May 2023, 12:24

İyunun 2-də Qırğızıstanın Çolpon-Ata şəhərində ikinci Avropa İttifaqı-Mərkəzi Asiya sammiti keçiriləcək.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.

 

Onun sözlərinə görə, sammitdə Qırğızıstan prezidenti Sadır Japarov, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emomali Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, həmçinin Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurmuhammet Amannepesov iştirak edəcək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də sammitdə olacaq.

 

İclas iştirakçıları siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edəcək, beynəlxalq gündəliyin aktual məsələləri və Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi