Modern.az

İsveç 1 ay ərzində NATO-ya üzv ola bilər

İsveç 1 ay ərzində NATO-ya üzv ola bilər

Dünya

1 İyun 2023, 12:46

Türkiyə çox güman ki, bir ay ərzində İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq.


Modern.az xəbər verir ki, bununla bağlı "TASS" agentliyi məlumat yayıb.


Agentliyin məlumatına görə, Türkiyənin əsas tələbi ödənilib. Belə ki, İsveç hökuməti terrorla mübarizə ilə bağlı qanunvericiliyinə düzəlişlər edib.


“Ümumiyyətlə, iyulun 11-də NATO sammiti başlamazdan əvvəl Ankaranın qərarını (İsveçin NATO-ya üzv olmaq ərizəsi ilə bağlı) gözləməliyik",- deyə mənbə bildirib.


Qeyd edilib ki, F-16 qırıcılarının Türkiyəyə satış məsələsi də həll olunacaq. Mənbənin verdiyi məlumata əsasən, pərdəarxası da olsa, bu məsələ İsveçin alyansa girməsi ilə bağlıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!