Modern.az

ANAMA işçi axtarır

ANAMA işçi axtarır

5 İyun 2023, 12:22

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.

 

Agentlikdən Modern.az-a bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.

 

Məlumata görə, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.

 

Qeyd edilib ki, maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

 

  • müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • əmək kitabçasının surəti.

 

Məlumatda sənəd qəbulunun cari ilin 30 iyun tarixinədək həyata keçiriləcəyi və seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcəyi bildirilib.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...