Modern.az

Zelenski oğlumun üzünü ona görə göstərməyib ki...  – Gülağa Aslanlı

Zelenski oğlumun üzünü ona görə göstərməyib ki...  – Gülağa Aslanlı

27 İyun 2023, 16:17

Ukrayna Prezidenti döyüş gedən ərazilərdən fotolar paylaşıb. Zelenskinin paylaşdığı fotolardakı şəxslərdən biri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının oğlu Elşad Aslanlıdır.

 

Elşad Aslanlı Ukrayna ordusunun kapitanı kimi müharibənin ən qaynar və təhlükəli nöqtəsində - Baxmutda döyüşür. Onun sosial şəbəkələrdə paylaşılan görüntüləri maraq doğurub.

 

 

Müsavat Pariyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı Modern.az-a açıqlamasında fotodakı şəxsin oğlu olduğunu təsdiqləyib. O, Eşlad Aslanlının Ukraynada müharibə başlayandan döyüşlərdə iştirak etdiyini bildirib:

 

"Mənim oğlum Ukrayna vətəndaşıdır. Bir vətəndaş kimi, Rusiyanın Ukraynaya hücumu başlayan andan Ukrayna ordusunun yanındadır. Artıq bir ildən çoxdur ki, Ukrayna ordusunda zabit kimi çalışır. Ən çətin döyüş nöqtələrində olub. Baxmut şəhərində gedən döyüşlərdə iştirak edib. İndi də o ətraflarda döyüşürlər".

 

G.Aslanlı Zelenskinin paylaşımını onun əsgər və zabitlərə göstərdiyi diqqət kimi qiymətləndirib:

 

"Bu, ilk şəkil deyil. Bundan əvvəl də hərbçi yoldaşı ilə arxadan şəklini çəkmişdilər. Bu, Zelenskinin öz əsgər və zabitlərinə diqqətinin göstəricisidir. Fotoları döyüş yoldaşları çəkir. Daha sonra briqadalar, batalyonlar həmin şəkilləri öz səhifələrində paylaşır. Zelenskinin dəstəsi də bu şəkillərdən seçib paylaşır. Zelenskinin  onların üzünü göstərməməsi mənim diqqətimi çəkdi. Düşünürəm ki, bu da Ukraynanın hərbi taktiki variantıdır. Ukraynanın Rusiya üzərində qazanacağı qələbənin daha yaxın olmasını arzulayıram".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...