Modern.az

Məşhur yazıçı raket hücumunun qurbanı oldu

Məşhur yazıçı raket hücumunun qurbanı oldu

3 İyul 2023, 11:28

Rusiya hərbi qüvvələrinin hücumu nəticəsində yaralanmış ukraynalı tanınmış gənc yazıçı dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Yazıçılar Assosasiyası məlumat yayıb.

 

Bildirilib ki, yazıçı Viktoriya Amelina Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə raket hücumu zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Qeyd edək ki, Vikotriya Amelina Ukraynanın ən məşhur gənc yazıçılarından biri idi. Rusiyanın işğalından sonra o, müharibə cinayətlərini sənədləşdirməyə və cəbhə xətti yaxınlığında uşaqlarla işləməyə başlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...