Modern.az

Rusiya Ukraynada daha 440 hərbçisini itirdi

Rusiya Ukraynada daha 440 hərbçisini itirdi

Dünya

10 İyul 2023, 09:22

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 440 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 234 480 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 2 zirehli döyüş maşını, 5 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan 24 saatlıq əməliyyat: 880 rus əsgəri məhv edildi