Modern.az

Usman Dembele PSJ-yə keçdi

Usman Dembele PSJ-yə keçdi

İdman

12 Avqust 2023, 15:10

"Barcelona”nın fransalı hücumçusu Usman Dembele Fransanın PSJ klubuna transfer olunub.

 

Modern.az xəbər verir ki, bu barədə PSJ klubunun rəsmi saytında məlumat paylaşılıb.

 

Hücumçunun transferi üçün PSJ İspaniyanın “Barselona” komandasına 50 milyon avro ödəyib. Dembele yeni komandasında 23 nömrəli formanı geyinəcək. Paris təmsilçisi fransalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Usman Dembele 2017-ci ildə “Borussiya Dortmund”dan 105 milyon avroya “Barselona”ya keçib. O, 2022/2023 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə 35 oyun keçirib, 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi