BRICS ölkələri Argentina, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Efiopiya və Misiri təşkilata dəvət etmək qərarına gəlib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Yohanesburqdakı sammitdə çıxışı zamanı Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa bildirib.
Qeyd olunub ki, bu ölkələrin üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.