Modern.az

XİN başçısının yeni müavini KİMDİR... - DOSYE

XİN başçısının yeni müavini KİMDİR... - DOSYE

Ölkə

9 Sentyabr 2023, 00:05

Xəbər verdiyimiz kimi, Yalçın Rəfiyev xarici işlər nazirinin müavini təyin edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında bildirib.

 

Modern.az yeni nazir müavini haqqında məlumatları təqdim edir:

 

Yalçın Rəfiyev bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb.

 

“2007-2015 Dövlət Proqramı”nın məzunudur. O, magistratura pilləsini Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında Korrupsiyaya qarşı mübarizə ixtisası üzrə bitirib.

 

O, bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi olub. Bundan əvvəl isə Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi olub.

 

2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi