Modern.az

Putindən Ermənistan-ABŞ təlimləri barədə İrəvana MESAJ

Putindən Ermənistan-ABŞ təlimləri barədə İrəvana MESAJ

12 Sentyabr 2023, 12:30

Rusiya prezidenti Vladimir Putin Ermənistanın ABŞ-la əməkdaşlığı haqqında danışıb.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə o, Şərq İqtisadi Forumunda söz açıb.

 

"Düşünmürəm ki, burada heç bir geriyə dönüş yoxdur. Rusiya sülhməramlılarının Qarabağdakı mandatı hələ də qüvvədədir. Ermənistan Azərbaycanın Qarabağda suverenliyini tanıyıb", - Putin bildirib.


Putin Ermənistan baş naziri ilə kontaktda olduğunu vurğulayıb.

 

O, KTMT-dən lazımi dəstəyin alına bilməməsi ilə bağlı Ermənistan hakimiyyətinin iradlarına da münasibət bildirib: "Məsələnin əsas hissəsi Qarabağla bağlıdır ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, biz nə edə bilərik?".

 

"Bizim Ermənistanla hər hansı problemimiz yoxdur", - Putin əlavə edib.

 

Qeyd edək ki, dünən İrəvan yaxınlığında Ermənistan-ABŞ birgə təlimləri start götürüb.

 

Xatırladaq ki, son vaxtlar İrəvan və Moskva arasında münasibətlərin soyuqlaşması müşahidə olunur.

 

Bu xəbər ilə bağlı
Moskva və İrəvanın qovğası - Paşinyan, yoxsa, Kreml...
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu