Modern.az

Avropa İttifaqı İrəvanın Roma Statutu barədə qərarını alqışlayır

Avropa İttifaqı İrəvanın Roma Statutu barədə qərarını alqışlayır

4 Oktyabr 2023, 10:32

"Avropa İttifaqı Ermənistan Respublikasının Milli Assambleyası tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasını alqışlayır".

 

Modern.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borelin açıqlamasında deyilir.

 

“BCM bütövlükdə beynəlxalq ictimaiyyəti narahat edən ən ağır cinayətləri araşdırmaq və mühakimə etmək üçün yaradılmış ilk daimi beynəlxalq məhkəmədir. Aİ hələ bunu etməmiş bütün dövlətləri Roma Statutuna qoşulmağa çağırır. Roma Statutuna hər bir qoşulma beynəlxalq ictimaiyyəti ümumbəşəri iştiraka yaxınlaşdırır və cəzasızlığa son qoymaq və hesabatlılıq mədəniyyətini təşviq etmək üçün ortaq qətiyyəti gücləndirir. Beynəlxalq tərəfdaşlarımızla birlikdə Aİ Roma Statutunun ratifikasiyası və həyata keçirilməsi, eləcə də BCM-nin bütövlüyünü dəstəkləməkdə davam edəcəyik”, - o qeyd edib.

 

Qərar Ermənistan prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı