Modern.az

Mişel və Borrel Misirə gedir - İsrailə görə..

Mişel və Borrel Misirə gedir - İsrailə görə..

Dünya

20 Oktyabr 2023, 15:20

Avropa Şurasının rəhbəri Şarl Mişel və Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrel oktyabrın 21-də Misirə səfər edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə "Euractive" nəşri məlumat yayıb.

 

Bildirilir ki, onlar İsrail və Qəzza zolağında vəziyyətin nizamlanması üzrə sammitdə iştirak edəcəklər.

Məlumata görə, Avropa İttifaqının nümayəndələri sammitdə on minlərlə fələstinli qaçqını tezliklə qəbul edə biləcək Misirə dəstək verməyə çağıracaqlar.

 

İclasda 30-dan çox ölkədən siyasətçi və diplomatları, üç beynəlxalq təşkilatın nümayəndələrinin iştirak edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir