Modern.az

Şəhid Ruslan Əlizadə barəsində film hazırlandı - VİDEO

Şəhid Ruslan Əlizadə barəsində film hazırlandı - VİDEO

31 Oktyabr 2023, 16:08

Vətən müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu barəsində sənədli film hazırlanıb. 

 

Modern.az xəbər verir ki, "Mübarizim prodakş" tərəfindən hazırlanan filmdə şəhidin həyat yolu haqqında valideyinləri, qohumları, dostları danışıb.

 

Vətən Müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində alıb. Sonra hərbi xidmətə yollanıb, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq edib.

 

Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olub.

 

Ruslan Əlizadə daha sonra öz arzusu ilə yenidən müqavilə ilə  Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.

 

O, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşub.

 

R.Əlizadə Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Azərbaycan Prezidentinin sərəncamları ilə Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub. Subay idi.

 

Allah rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu