Modern.az

Şahmat yığmamız Xorvatiyaya uduzdu

Şahmat yığmamız Xorvatiyaya uduzdu

15 Noyabr 2023, 10:28

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  IV turun oyunları keçirilib. 

 

Modern.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Xorvatiyaya məğlub olub 1,5-2,5.

 

Azərbaycan millisində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov heç-heçə oynayıb.

 

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Fransa ilə heç-heçə oynayıb. Şahmatçılardan Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb.

 

Bu gün Avropa çempionatında V turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi